Bakı, həmçinin Böyük Bakı - Azərbaycan Respublikasının paytaxtı

Поделиться
HTML-код
  • Опубликовано: 6 окт 2024
  • Bakı, həmçinin Böyük Bakı - Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir. Orta temperatur yanvarda 3-4 °C, iyulda isə 38-42 °C-dır. İllik yağıntı 210 mm-dir. Bakı üçün güclü şimal küləyi - xəzri və cənub küləyi - gilavar səciyyəvi xüsusiyyət daşıyır.
    bakı mahnısı,

Комментарии •